← Ana səhifə

Haqqımızda

Proactive Media

Proactive Media reklam və marketinq sahəsində müasir həllər təqdim edən agentlikdir. Şirkət yeni fəaliyyətə başlasa da, komandamızın reklam və media sektorunda qazandığı təcrübə 2011-ci ildən etibarən formalaşıb.

Biz müştərilərimizin brendlərini daha geniş auditoriyaya çatdırmaq, satışlarını artırmaq və bazarda fərqləndirmək üçün effektiv reklam və kommunikasiya strategiyaları hazırlayırıq.

Proactive Media, CBC Sport TV kanalının eksklüziv reklam tərəfdaşıdır. Kanal və onun rəqəmsal platformalarında reklam yerləşdirmələrinin idarə olunması yalnız Proactive Media tərəfindən həyata keçirilir.

Xidmətlərimizə aşağıdakılar daxildir:

  • TV və radio kanallarında reklam yerləşdirilməsi
  • Media planlama və reklam strategiyalarının hazırlanması
  • Küçə və açıq hava reklamları
  • Digital reklam kampaniyaları
  • Sosial media marketinqi (SMM)
  • Brend, məhsul və kampaniyalar üçün kreativ ideyaların hazırlanması
  • Peşəkar reklam çarxlarının və video kontentin istehsalı

Bizim məqsədimiz hər bir müştəriyə fərdi yanaşaraq onun biznesini daha görünən, daha tanınan və daha uğurlu etməkdir.

Proactive Media – kreativ ideyaları real nəticələrə çevirən reklam tərəfdaşınız.

Əlaqə